Koronavirus xəstələrinə kimlər plazma donoru ola bilər?
Azərbaycanda da ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlar donor olmalı, qan plazması verməlidirlər. Artıq donor olmaqla bağlı xəstəlikdən sağalanlara müraciətlər də olunub.
e-tibb.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus xəstələri üçün kimlərin plazma donoru ola biləcəyi barədə məlumat açıqlayıb.
Kimlər donor ola bilər?
COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər
Klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər
18-60 yaş arası COVID-19 xəstəliyini keçirib sağalmış könüllülər
Kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar.
"COVID-19 İmmun Plazma" bağışlamaqla, dəyişiklik yarada bilərsiniz!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət