Dərc edildi: Baxış sayı: 359
Rusiyanın bu ölkədəki səfiri qəfil öldü
İyulun 3-də Rusiyanın Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valeryan Şuvayev qəflətən dünyasını dəyişib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi açıqlanmayıb.
Qeyd edilir ki, Şuvayev 16 mart 1955-ci ildə Barnaulda anadan olub. SSRİ və Rusiyanın xaricdəki səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, Rusiyanın Liviya, İraq, Mərakeş və Əlcəzairdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət