Slimfit
  1. CƏMİYYƏT

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ
Sakura

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ

Bir müddət əvvəl sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb edən həkim barədə videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı həkimdən izahat alındığı və araşdırmanın davam etdiyi deyilmişdi. Sözügedən faktla bağlı aparılan araşdırma yekunlaşıb.

TƏBİB-dən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət öncə sosial mediada yayılan görüntülərdə əks olunan hadisə ilə bağlı qurum tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.

Araşdırmanın yekun nəticələrinə əsasən Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Malik qızı Məmmədovanın əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.

Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.

Bundan sonra S.Məmmədova körpənin atası, Vətən müharibəsi qazisindən "şirinlik" tələb edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR