Slimfit
  1. SİYASƏT

Bu, Azərbaycanın strateji hədəflərinə xidmət edir - AÇIQLAMA

Bu, Azərbaycanın strateji hədəflərinə xidmət edir - AÇIQLAMA
Sakura

Bu, Azərbaycanın strateji hədəflərinə xidmət edir - AÇIQLAMA

"İqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl enerjiyə keçid, enerji təhlükəsizliyi, nəqliyyat və  logistika, süni intellekt, inforomasiya texnologiyaları, qlobal təhlükəsizliyə təhdid kimi məsələlər bu gün beynəlxalq aləmin ən aktual məsələləri sırasındadır. Azərbaycan da beynəlxalq birliyin bir parçası olaraq  dünyanı narahat edən aktual məsələlərin həllində yaxından iştirak etməklə öz töhfəsini verməkdədir. Ona görə də bütün beynəlxalq, regional təşkilatlarla, o cümlədən dünya ölkələri ilə əlaqələrin qurulması  Azərbaycanın xarici siyasətinin  prioritetini təşkil edir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlığı da həm sadaladığımız məsələlərin həllində, həm də təşkilatın yaratdığı fürsətlərdən faydalanaraq  ölkəmizin gələcək inkişafı, qarşısında duran hədəflərin yerinə yetirilməsi, təhlükəsizlik sisteminin  daha etibarlı şəkildə təmin olunması baxımdan  mühüm əhəmiyyət kəsb edir".


Bunu Ölkə.Az-a açıqlamasında  deputat İltizam Yusifov deyib.

 

O əlavə edib ki, bu gün beynəlxalq münasibətlərdə çoxqütblülük və çoxtərəflilik prinsipləri, o cümlədən beynəlxalq hüquqa hörmət əsasında  geniş təmsilçilik ən mürəkkəb problemləri birgə həllinə imkanlar yaradır. "Azərbaycan da  bu fürsətlərdən faydalanmaqla  bölgədə yaratdığı geosiyasi reallığa uyğun dayanıqlı sülhü, sabitliyi, inkişafı, regional əməkdaşlıq və təhlükəsizlik  formatının təmin olunmasına,  Şərqlə Qərb, Şimalla Cənub arasında  nəqliyyat və logistik bir qovşaq mövqeyini möhkəmləndirib imkanlarını genişləndirməyə çalışır. Azərbaycan eyni zamanda  qlobal iqlim dəyişikliyinə və yaşıl enerjiyə keçiddə qlobal Şimalla qlobal Cənub arasında  bir vasitəçi rolunu oynamğı qarşısına hədəf  qoyub. Noyabrda Bakıda keçiriləcək COP29 toplantısı da bu hədəfin tərkib hissəsidir. Ona görə də  Azərbaycanın digər təşkilatlarla olduğu kimi ŞƏT-lə əməkdaşlığı  bu  baxımdan milli maraqlarına cavab verir. Əminəm ki, Azərbaycanın ŞƏT-lə bütün sahələrdə səmərəli əməkdaşlığı  nəticə etibarı ilə regional sülhün,  sabitliyin, təhlükəsizliyin, ölkəmizin daha da inkişaf edərək qüdrətlənməsinə, növbəti  mərhələdəki hədəflərinə nail olunmasına öz töhfəsini verəcək".
O eyni zamanda əlavə edib ki, cənab Prezidentin   ŞƏT Zirvə toplantısı çərçivəsində keçirdiyi ikitrəfli  və çox tərəfli görüşlərin də ölkəmizin gələcək inkişaf perspektivi baxımdan mühüm əhəmiyyət kəsb edir: "Xüsusən də  Astanada “Azərbaycanla Çin  arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" mühüm əhəmiyyət kəsb edir. Bu sənəd  Bakı ilə Pekin arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyması deməkdir. Bu ancaq Azərbaycanın xeyrinə olmaqla yanaşı, beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ciddi oyunçu kimi qəbul edilməsinə gətirib çıxaracaq. 

Ümumiyyətlə Azərbaycanın ŞƏT kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR