Slimfit
  1. TEXNOLOGİYA

Kompüterinizin müdafiəsi üçün 10 məsləhət

Kompüterinizin müdafiəsi üçün 10 məsləhət
Sakura

Kompüterinizin müdafiəsi üçün 10 məsləhət

Windows ilə işləyərkən maksimal müdafiəyə çalışan istifadəçilər təkcə antivirusla kifayətlənməli deyillər. Bu məsləhətlərə əməl edərək siz hətta ən hiyləgər xaker hücumlarından belə qoruna bilərsiniz.

Antivirus Windows ƏS ilə işləyən hər bir kompüterdə quraşdırılmalıdır. Uzun müddət bu qızıl qayda olaraq qalırdı, lakin hazırda bəzi IT üzrə ekspertlər antivirus müdafiəsinin effektivliyə şübhə ilə yanaşırlar. Tənqidçilər iddia edir ki, antiviruslar həmişə qorumur, bəzən isə əksinə səhlənkarlıq ucbatından təhlükəsizlik sistemində boşluqlar yaradırlar. Belə həllərin istehsalçıları müdafiə statistikasını göstərməklə  bu iddiaları rədd edirlər, marketoloqlar isə məhsullarının tam müdafiəni təmin etdiyini iddia edirlər. Həqiqət bu aralıqdadır.  Antiviruslar nöqsanla işləyir, lakin onların işləməsini mənasız hesab etmək olmaz. Onlar bir çox təhlükələr barədə xəbərdarlıq edir, lakin Windows ƏS-nin tam müdafiəsi üçün onlar bəs etmir. İstifadəçi kimi sizin iki seçiminiz var: ya antivirusu silmək, ya da koranə antivirusun müdafiə etdiyinə inanmaq. Lakin hər halda o müdafiə strategiyasının bir hissəsidir. Biz sizə bundan başqa daha 9 hissəni təqdim edirik.

Düzgün antivirus seçmək

Biz həmişəki kimi əminik ki, Windows ƏS-ni antivirus olmadan işlətmək mənasızdır. Sadəcə siz düzgün məhsul seçməlisiniz. Bunun üçün hətta Windows ƏS-nin tərkibində olan antivirus (Windows Müdafiəçisinin Təhlükəsizlik Mərkəzi – Windows 10) belə kifayət ola bilər. Aparılan testlər zamanı ən yaxşı nəticəni göstərməsə belə, o ideal işləyir və sistemə heç bir təhlükəsizlik problemi olmadan inteqrasiya olunub. Bundan başqa Microsoft Windows 10 üçün Creators Update yenilənməsində öz məhsulunu təkmilləşdirib və onun idarəetməsini asanlaşdırıb. Digər antivirus məhsullarında tanıma səviyyəsi ondan üstündür. Biz kompakt həllin müdafiəçisiyik. Hazırda reytinq lideri Kaspersky Internet Security 2017-dir. Əlavə olaraq valideyn nəzarəti və şifrə meneceri funskiyasından imtina etmək istəsə daha ucuz variantı (Kaspersky Antivirus) seçə bilər.

Yenilənmələrə nəzarət etmək

Əgər Windows ƏS-nin təhlükəsizliyi üçün yeganə tədbir seçəsi olsaq, biz birmənalı olaraq yenilənməni seçərdik. Bu halda ilk növbədə Windows yenilənmələri nəzərdə tutulur, lakin bununla kifayətlənmək olmaz. Quraşdırılmış Office, Firefox, iTunes kimi proqramları da daim yeniləmək lazımdır. Windows-da systemi yeniləmək asandır. Windows ƏS-nin 7, 8, 10-cu versiyalarının hamısında standart ayarlarda yenilənmə avtomatikdir.

Proqramlara gəldikdə isə vəziyyət bir az qəlizdir, çünki onların hamısını yeniləmək asan deyil. Chrome və Firefox kimi proqramlarda avtomatik yeniləmə funksiyası inteqrasiya olunub. SUMo (Software Update Monitor) utiliti sizə bu məsələdə kömək edəcək və yenilənmə olduqda bildirəcək. DUMo (Driver Update Monitor) isə bu işi drayverlər üçün görəcək. Hər iki pulsuz köməkçi yenilənmə olduğu zaman sizə bildiriş göndərəcək, onları yükləyib quraşdırmaq isə sizin özünüzün öhdəliyinizdədir.

Brendmaueri ayarlamaq

 Windows tərkibində olan brendmauer öz işinin öhdəsindən yaxşı gəlir və bütün daxil olan sorğuları etibarlı şəkildə qoruyur. Lakin onun daha çox funksiyası var – onun potensialı standart ayarlarla bitmir: bütün quraşdırılmış proqramlar sorğusuz brendmauerdə port açmaq hüququna malikdir. Pulsuz proqram Windows Firewall Control sizə daha çox funksionallıq təklif edir. Onu icra edin və “Profiles” menyusundan “Medium Filtering” seçin. Bunun hesabına brendmauer həmçinin gedən sorğuları da təyin olunmuş qaydalara uyğun olaraq filtrləyəcək. Ora hansı tədbirlərin daxil olacağını siz təyin edə bilərsiniz. Bunun üçün sol aşağı küncdəki qeyd ikonuna basaraq daxil olmaq lazımdır. Beləliklə siz qaydalara baxmaq və bir kliklər hansısa proqrama icazə vermək və ya blok etmək imkanına malik olursunuz.

Xüsusi müdafiədən istifadə etmək

Əsas 3 təhlükəsizlik tədbirləri – antivirus, brendmauer və yenilənməni artıq ayarladınız. İncəliklərin ayarlanması vaxtı gəldi. Windows üzərində işləyən əlavə proqramların problemləri ondadır ki, onların hamısında sistemin təklif etdiyi bütün müdafiə funskiyaları işləmir. EMET (Enhanced Mitigation Experience Toolkit) kimi eksploytlara qarşı proqramlar quraşdırılmış proqram təminatı üçün əlavə müdafiəni təmin edir. Bunun üçün “Use Recommended Settings” seçin və proqrama avtomatik şəkildə işləməyə icazə verin.

İstifadəçi hesablarını qorumaq

Kompüterdəki işin məhdud hüquqlu standart hesab tərəfindən həyata keçirildiyindən bir çox boşluqlar xakerlər tərəfindən istifadə edilə bilmir. Buna görə də gündəlik işləriniz üçün belə hesab yaradıb onu işlətməyiniz məsləhətdir. Windows 7-də bunu İdarəetmə Panelində “İstifadəçi hesablarının əlavə olunması və silinməsi” bəndində etmək olar. Windows 10-da isə “Parametrlər”-“İstifadəçi hesabları” bəndinə daxil olun və “Ailə və digər insanlar” menyusunu seçin.

Evdə olmayanda VPN-i aktiv etmək

Evdə olarkən simsiz şəbəkədə təhlükəsizlik səviyyəsi yüksək olur, çünki siz bağlantılara nəzarət edə bilirsiniz, həmçinin giriş şifrələri və şifrələməyə cavabdehlik daşıyırsınız. Otellərdə və digər yerlərdə olan internet mərkəzlərində isə vəziyyət başqa cürdür. Bu Wi-Fi mərkəzə başqa istifadəçilər də qoşulur və siz belə internetin təhlükəsizliyinə nəzarət edə bilmirsiniz. Müdafiə üçün VPN (Virtual Private Network) tətbiq etməyiniz məsləhətdir. Əgər siz sadəcə saytlara daxil olmaq istəyirsinizsə, onda Opera brauzerinin son versiyasının tərkibində olan VPN funskiyası bunun üçün kifayətdir. Brauzeri quraşdırın, “Parametrlər” menyusundan “Təhlükəsizlik” bəndinə daxil olun. “VPN” bəndində “VPN-i aktivləşdir”-i seçin.

İstifadə etmədiyiniz simsiz şəbəkələri silmək

Vəziyyəti hətta belə funksiyalar da dəyişə bilər. Əgər siz Wi-Fi və Bluetooth kimi simsiz şəbəkələrdən istifadə etmirsinizsə, onda onları sadəcə olaraq söndürün və bununla potensial boşluqlardan qorunun. Windows 10-da bunu “Bildiriş Mərkəzindən” etmək çox asandır. Windows 7-də İdarəetmə panelində “Şəbəkə bağlantılarından” onları söndürə bilərsiniz.

Şifrələri idarə etmək

Hər şifrə bir dəfə istifadə olunmalıdır, həmçinin şifrələrin tərkibində xüsusi simvollar, rəqəmlər, böyük və kiçik hərflər olmalıdır. Həmçinin uzun olmalıdır - ən yaxşısı 10 və daha çox simvoldan istifadə etməkdir. Şifrə ilə təmin olunan təhlükəsizlik prinsipi bu gün öz sərhədinə çatıb, çünki istifadəçilər çoxlu şifrə yadda saxlamaq məcburiyyətindədir. Mümkün olan yerlərdə başqa müdafiə üsullarından istifadə etmək məsləhətdir. Məs: Windows 10-da giriş: əgər sizin kompüterdə Windows Hello texnologiyasının dəstəyi olan kamera varsa, onda giriş üçün üz tanıma metodundan istifadə edin. Başqa kodlar üçün KeePass kimi şifrə menecerlərindən istifadə edin. O sizin şifrələrinizi güclü master şifrə ilə qoruyacaq.

Brauzerdə şəxsi sahənizin təhlükəsizliyini təmin etmək

Şəbəkədə konfidensiallığınızı qorumaq üçün çoxlu üsullar var. Firefox üçün Privacy Settings əlavəsi uyğundur. Onu quraşdırın və “Full Privacy” rejiminə ayarlayın. Bundan sonra brauzer sizin İnternetdə işiniz barədə heç bir informasiya ötürməyəcək.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR