Dərc edildi: Baxış sayı: 298
Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıb
Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıb.
Azərbaycan Milli Karate Federassiyasının media və ictimaiyyətlə işlər şöbəsindən AzVision.az-a verilən məlumata əsasən, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub.
Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib.
Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate 1 Premyer Liqa turnirində 72 ölkədən 763 idmançı iştirak edib. Mövsümün son liqası 12-14 oktyabr tarixlərində Tokioda keçiriləcək. Milli komanda vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət