Slimfit
  1. MƏDƏNİYYƏT

İto Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan da təmsil olunub

İto Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan da təmsil olunub
Sakura

İto Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan da təmsil olunub

Yaponiyanın İto şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan da yüksək səviyyədə təmsil olunub.

Festivalda əvvəlcə təşkilatçılar – İto şəhər Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndələri iştirakçıları salamlayıblar. Bildirilib ki, bu şəhərdə yaşayan Azərbaycan, Rusiya, ABŞ, Avstraliya, Filippin, İtaliya, Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Braziliya və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənmək, sıx qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS” jurnalının ingilis və yapon dilində nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri Xəlil bəy Kələntər ölkəmiz, onun coğrafi mövqeyi, tarixi, mədəniyyəti, iqtisadi uğurları barədə ətraflı məlumat verib. Xatırladıb ki, İto şəhəri ilə Azərbaycanın İsmayılı rayonu arasında mövcud olan dostluq əlaqələri iki xalqın bir-birinə yaxınlaşmasında mühüm rol oynayır.

X.Kələntər əlavə edib ki, müstəqilliyin bərpasından ötən dövrdə böyük uğurlara imza atan ölkəmiz beynəlxalq aləmin ayrılmaz parçasına çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur.

 

Festival çərçivəsində İto Beynəlxalq Əməkdaşlıq Mərkəzinin əməkdaşı Naoko İnabanın və 11-ci sinif şagirdi Satoyoşi Rinkanın təqdim etdikləri Azərbaycan milli geyimləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Azərbaycan stendinin təşkilinə kömək edən İto şəhər sakinləri - Naoko İnaba, Serqey Zarubin, Satoyoşi Rinka AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, bu ilədək festivalda Azərbaycanı Bakıda, İsmayıllıda səfərdə olmuş yaponların təqdim etdikləri müxtəlif eksponatlarla təmsil etməyə çalışıblar. Bu il isə ilk dəfə olaraq Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyi də onlara qoşulub. Mərkəzin nümayəndələrinin təqdim etdiyi yeni eksponatlar, Azərbaycan haqda yapon və ingilis dillərində müxtəlif nəşrlər festival iştirakçılarının böyük marağına səbəb olub. Həmin məlumatlar Azərbaycanın İto şəhərində, o cümlədən Şizuoka prefekturasında daha yaxından tanınmasına mühüm təsir göstərəcək.

Festival iştirakçı ölkələrin nümayəndələri tərəfindən təqdim edilən bədii proqramla başa çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR