İstanbuldan Bakıya avtobus reysi fəaliyyətini bərpa edib? - RƏSMİ AÇIQLAMA
Türkiyədən Azərbaycana avtobus reyslərinin yaxın müddətdə fəaliyyətini bərpa edəcəyi bildirilir.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr gedir.
Bəzi paylaşımlar zamanı Bakı-İstanbul və İstanbul-Bakı istiqamətində tur-paketlərin məbləği də açıqlanıb. Belə ki, hər iki istiqamət üzrə 140-160 manat xərcləməklə avtobusla səfər etməyin mümkün olacağı deyilir.
Məsələnin aktuallığını və insanların maraq dairəsini nəzərə alaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb. Qurumun Mətbuat Xidmətindən Baku.ws-ə bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılıb:
“Bununla bağlı quru sərhədlər hələ ki, bağlıdır və sərnişindaşıma fəaliyyəti həyata keçirilmir. Türkiyədən Bakıya birbaşa reyslərə gəlincə, hökumət səviyyəsində bununla bağlı qərar qəbul olunacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət