Dərc edildi: Baxış sayı: 348
İsrail sərhəddəki sakinləri silahlandırır
İsrail sərhəddəki yaşayış məntəqələri və yəhudi və ərəblərin yaşadığı şəhərlərdə könüllüləri silahlandırmağa başlayacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə İsrail istehsalı olan 4000, daha sonra isə ən azı 6000 avtomat paylanacaq.
Bundan başqa, könüllülər dəbilqə və zirehlərlə təchiz olunacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət