Dərc edildi: Baxış sayı: 302
İsrail ordusu əməliyyat keçirdi - “Hizbullah”ın komandiri öldü
İsrail Hərbi Hava Qüvvələrinin Livanda keçirdiyi əməliyyat nəticəsində “Hizbullah” hərəkatının komandirihəlak olub.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Livanın Ayn-Ebel bölgəsinə endirdiyi zərbə nəticəsində “Hizbullah”ın sahil sektorunun komandiri İsmayıl Yusaf Baz öldürüb”, - məlumatda deyilir.
Bildirilib ki, o, Livanın sahil zonasından İsrailə doğru raket buraxılışlarının təşkilində iştirak edib.
Qeyd edək ki, bundan öncə İsrail PUA-sının “Hizbullah” döyüşçülərinin olduğu maşına zərbə endirdiyi barədə məlumat yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət