Slimfit
  1. SİYASƏT

İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır

İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır
Sakura

İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır

Seçki Məcəlləsində seçkiqabağı təşviqatla bağlı məsələlər tam əksini tapıb. Seçkiqabağı təşviqat mərhələsi seçkiyə 23 gün qalmış başlayır və seçki gününə 24 saat qalmış bitir. Seçkiqabağı təşviqat mərhələsi ictimai yayımçının üzərinə düşür. İctimai yayımçı efirdə namizədlərə bərabər şərait yaradır və prezidentliyə namizədlərin İctimai Televiziyada pulsuz efir vaxtı almaq hüququ var.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.

İ.Səttarov qeyd edib ki, namizədlər üçün ayrılmış efir vaxtı həftədə üç saatdan az olmamalıdır. “Pulsuz efir vaxtı namizədlər arasında bərabər şərtlərlə bölünür. İctimai yayımçı, həmçinin ödənişli efir üçün də ehtiyatda əlavə vaxt saxlamalıdır. Özəl yayımçılar isə seçkiqabağı təşviqat aparmaq məsələsində sərbəstdirlər. Onlar təşviqat aparmaqla bağlı istəklərini Mərkəzi Seçki Komissiyasına bildirməlidirlər. Audiovizual Şura audiovizual sahədə tənzimlənməni həyata keçirən dövlət orqanı olaraq, seçkiqabağı təşviqatla bağlı monitorinqlər həyata keçirir. Həmçinin Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır” -deyə İ.Səttarov qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR