İrandan ABŞ-a: “Ağır itkilərini gizlətməyi bacarmayacaqlar”
“Vaşinqton İran ordusunun ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına raket zərbələrinin nəticələrini açıqlamaq məcburiyyətindədir”.
Modern.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin (SEPAH) Baş Qərargahının sözçüsü, general Əbülfəzl Şikarçı deyib. O, İran tərəfinin ABŞ-ın İraqdakı hərbi bazaya hücumunun əvvəlcədən açıqlandığını deyib:
“İraq baş naziri əməliyyatda 15 dəqiqə öncə məlumatlandırıldı, çünki biz işğalçı deyilik. Amerikalılar da buna hazır idi, çünki qisasın alınacağını bilirdilər” - general bildirib.
Ə.Şikarçı bazaya raket zərbələri nəticəsində ABŞ hərbi qüvvələrinin böyük zərər gördüyünü də vurğulayıb:
“Onlar yaxın günlərdə bunu etiraf etmək məcburiyyətində qalacaqlar, ağır itkilərini gizlətməyi bacarmayacaqlar”.
Qeyd edək ki, yanvarın 11-də İran ordusu ABŞ-ın İraqdakı hərbi bazasına raket zərbələri endirib. ABŞ Müdafiə Nazirliyi olayda 60-dan çox hərbçinin yaralandığını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət