Slimfit
  1. TÜRKİYƏ

İran və Türkiyə müştərək bank aça bilər

İran və Türkiyə müştərək bank aça bilər
Sakura

İran və Türkiyə müştərək bank aça bilər

Tehranın Ankara ilə siyasi və iqtisadi münasibətlərinin genişlənməsindən sonra, İranla Türkiyə arasında ticarət münasibətləri şurasının sədri iki ölkənin maliyyə əməliyyatları üçün müştərək bank açmağı təklif edib.

Omid Kiler “Dünya” qəzetinə olan müsahibəsində deyib ki, müştərək bankın yaradılması Ankara ilə Tehran arasındakı iqtisadi münasibətlərin güclənməsinə təşviq edir. 

Bu yaxınlarda Tehranda keçirilmiş İran, Türkiyə və Rusiya liderlərinin üçtərəfli sammiti əsas göstərərək Kiler deyib ki, İran Mərkəzi Bankının sədri ilə görüşdə Əbdulnasir Hemati həmçinin Türkiyə və Rusiya arasında milli valyutalarda ticarətin və dollardan imtinanın vacibliyini qeyd edib. 

İran və Türkiyə arasında ticarət münasibətləri şurasının sədri xəbər verib ki, türk sahibkarları, idxalçılar və ixracatçıların iki ölkənin milli valyutalarından istifadə etməklə müştərək bankın açılmasını dəstəkləyib. O həmçinin qeyd edib ki, Türkiyə ilk növbədə İranla münasibətdə ABŞ sanksiyalarının təsirinə məruz qalır.

O İranla Türkiyə arasında cari ildə dövriyyənin 10 milyard olacağını proqnozlaşdıraraq qeyd edib ki, bank münasibətlərinin və müştərək bankın yaradılması ilə bu ticarət dövriyyəsinin 30 milyarda qədər qaldırmaq olar.

Kiler xəbər verib ki, Türkiyədən iqtisadi nümayəndə heyəti gələn ay Tehrana yollanacaq, ticarət yolları və sanksiya dövründə iki ölkənin iqtisadi xəritəsinin hazırlanması müzakirə olunacaq.

 

Mənbə: İrna.ir

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR