Slimfit
  1. İQTİSADİYYAT

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır
Sakura

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar

Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Ens.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun nəzdində olan agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə)  standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR