Slimfit
  1. İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi: Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib

İqtisadiyyat Nazirliyi: Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib
Sakura
:0

İqtisadiyyat Nazirliyi: Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib

"Koronavirus (COVID-19) pandemiyası sənaye sektorunu əhatə etsə də, ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib"

Report” xəbər veirr ki, bunu Real TV-nin efirində İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib. 

Onun sözlərinə görə, bu səbəbdən həmin fəaliyyət sahələrinə dövlət dəstəyi nəzərdə tutulmayıb. 

"Pandemiyanın təsirində olan digər sektorlar ticarət, xidmət və nəqliyyat sektorlarıdır. Ticarət sektor üzrə dəstək veriləcək fəaliyyət sahələrinə topdan və pərakəndə satış aiddir, amma burada da ərzaq və dərman satışı istisna edilib. Xidmət sektoruna gəlincə, bura turagentlər, turoperatorlar, otellər və bu tipli yerləşmə vasitələri, hazırlıq kursları və uşaq hazırlıq mərkəzləri aiddir. Nəqliyyat sektoruna isə şəhərdaxili və şəhərətrafı sərnişindaşıma, o cümlədən taksi fəaliyyəti də daxildir”, - deyə o, qeyd edib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR