Dərc edildi: Baxış sayı: 538
"iPhone"ların daşınar kameraları olacaq
"Apple" şirkəti yenilikləri ilə təəccübləndirməkdə davam edir.
İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, gələcəkdə yeni "iPhone"ların kameraları daşınar olacaq.
"Alma" şirkəti öz qacetlərində daşınar obyektivlərin quraşdırılması hüququnu və smartfonu kənar aparatla sinxronlaşdıran texnologiyanı patentləşdirib.
Yeni kamera "iPhone"a maqnit vasitəsilə birləşdiriləcək. Adi kamera ilə müqayisədə onun imkanları daha geniş olacaq. Yeniliyin bu il tətbiq olunacağı inandırıcı deyil. Çünki istənilən tərtibat, test və tətbiq mərhələləri uzun çəkən bir prosesdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət