Apple iPhone və iPad-i necə təmizləmək lazım olduğunu açıqlayıb
Apple şirkəti ilk dəfə olaraq smartfonlar, planşetlər və digər cihazlara gigiyenik baxım barədə tövsiyələr verib. Bu tövsiyələr şirkətin rəsmi internet saytında yerləşdirilib.
Apple, izopropil spirtinin 70 faiz həllinə əsaslanan bir gigiyena məhsulu ilə nəmlənmiş yumşaq bezlərdən istifadə etməyi məsləhət görür. Bununla yanaşı, şirkət həddindən artıq gigiyenik baxımın - cihazın səthinə zərər verə biləcəyini bildirir. IPhone, iPad və digər Apple cihazlarını təmizləmək üçün heç bir halda ağardıcılardan istifadə etməməlisiniz. Həmçinin cihazı, təmizləyici və ya digər mayelərə salmaq olmaz.
Maraqlıdır ki, əvvəllər Apple, əksinə istifadəçilərdən ekrandakı kirləri təmizləmək üçün təmizləyici vasitələrdən istifadə etməməyi xahiş edərək, bunun oleofob təbəqəyə zərər verə biləcəyini iddia edirdi. O maye və kirləri dəf edir, ekranda barmaqların yağlı ləkələrinin görünməsinin qarşısını alır, günəşdə görüntünün aydınlığını yaxşılaşdırır və ümumiyyətlə ekranı daha sürüşən və toxunuşa xoş edir.
Bu birbaşa təsdiqlənməsə də, yeni tövsiyələrin koronavirusun yayılması ilə əlaqəli olduğunu güman etmək olar. Qoruma üsullarından biri kimi alətləri dezinfeksiyaedici məhlul ilə təmizləmək təklif olunur. Alkoqol və müxtəlif kimyəvi birləşmələrə əsaslanan xüsusi mayelər təkcə səthi təmizləmir, həm də canlı orüsnizmi öldürür və viruslar belə bir mühitdə uzun müddət yaşaya bilmir.
Mənbə: www.iguides.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət