iPhone həm funksionallıq, həm də qiymət baxımından çin brendlərindən geriyə qalır
Təkcə alıcılar deyil, riteylerlər də hesab edirlər ki, yeni iPhone modellərinin çox şişirdilmiş qiyməti Çində satışların zəif olmasına səbəb olub. Daha bir səbəb daha çox funksioallığa və aşağı qiymətə malik olan çin brendlərinin smartfonları oldu.
2017-ci ildə buraxılmış iPhone X Apple şirkətinin 1000 dollar dəyərində olan ilk smartfonu oldu. Bununla 800 dollardan yuxarı yeni dəyər tətbiq olundu. İstifadəçilərin əksəriyyəti Apple smartfonlarından imtina etdilər və çin brendlərindən istifadə etməyə başladılar.
iPhone Xs və XR modellərinin reklam cəhdləri uğurlu olmadı. Çin istifadəçiləri yeni dizayn və funksionallığı yüksək qiymətləndirirlər və çoxları hesab edir ki, ayfon öz rəqiblərindən çox geridədir.
Huishoubao şirkətinin baş direktoru qeyd edib ki, alıcılar iPhone-dan Huawei-ə keçirlər.
Bundan başqa, funksionallıq baxımından iPhone-un rəqibləri Oppo və Vivo hesab olunur. Bu brendlərin cihazlarında iPhone-da olmayan funksiyalar var, buraya displeydə barmaq izi skaneri və batareyanın sürətlə dolması daxildir.
Mənbə: the-geek.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət