İnsanlar COVID-19 əleyhinə peyvənd tapıldıqdan sonra necə davranacaqlar?
Koronavirus peyvəndi tapıldıqdan sonra ABŞ, Böyük Britaniya, İsveç, Almaniya və Yaponiyanın hər beş sakinindən biri təyyarədə uça, restoranlara baş çəkə, kinoteatrlara gedə biləcək.
“Axios” portalı bu barədə “Kekst CNC” beynəlxalq strateji araşdırmalar mərkəzinin tədqiqatlarına istinadla xəbər yayıb.
Nəşrin bildirdiyinə görə, tədqiqat nəticəsində mümkün yoluxma və iş yerlərinin itkisi ilə bağlı qorxuların tədricən azalacağı, böhrandan sonra həyatın dəyişəcəyi müəyyənləşib.
Respondentlərdən alimlərin peyvəndi əvvəlcədən yaratdıqlarını və indi bütün dünyada mövcud olduğunu təsəvvür etmək istənilib. Onlardan koronavirus pandemiyasından sonra həyatlarının necə dəyişəcəyi soruşulub. Nəticələrə görə, Böyük Britaniyada respondentlərin 27%, ABŞ-da 32%, İsveçdə 30%, Yaponiyada 30%, Almaniyada 34%-nin təyyarələrdə uçmaq şansı azdır. Bu ölkələrin sakinlərinin bir qədər az hissəsi ictimai nəqliyyatla səyahət etməməyi planlaşdırır. Bundan əlavə, orta hesabla bu ölkələrin sakinlərinin təxminən 26%-nin evdən kənar yemək yeməyəcəyi və təxminən eyni sayda adamın kinoteatrlara getməməyə çalışacağı məlum olub.
Eyni zamanda, araşdırma zamanı aydın olub ki, ABŞ sakinləri arasında maliyyə böhranı, məşğulluq və iqtisadi vəziyyətlə əlaqədar ən ciddi narahatlıqlar var. Ən az narahat olanlar isə İsveç sakinləridir.
Yaponiya sakinlərinin çox az hissəsi hökumətin vəziyyətə reaksiyasından məmnun qalıblar. Halbuki Almaniya sakinlərinin 51%-i və Britaniyanın 65%-i hökumətin “biznesə lazımi dəstək göstərdiyini” deyirlər.
Qeyd edək ki, 27 aprel-1 may tarixlərində aparılan araşdırmada min nəfər iştirak edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət