Slimfit
  1. PSİXOLOGİYA

İnsanın şəxsi sərhədləri

İnsanın şəxsi sərhədləri
Sakura

Ətrafdakılardan sizdən çox şey gözləyəndə

Belə bir vəziyyətlə nə vaxtsa qarşılaşıbsınızmı: siz avtobusda və ya metro vaqonunda dayanıbsınız, ətrafda kifayət qədər yer var və bu zaman qapılar açılır, birisi içəri daxil olur və düz sizin yanınızda dayanır. O sizə toxunmur, pis heç nə etmir, amma siz narahat olursunuz, kənara çəkilirsiniz, vaqonun başqa sonuna keçirsiniz.

Bu müxtəlif insanların şəxsi sahəsinin ölçüsünü göstərən əla mənzərədir. Əgər siz “kənara çəkilən” rolunda olsaydınız, yəqin ki, sizin çox sərt və geniş sərhədləriniz olardı. Başqa sərnişinin narazı sifətlə nə üçün uzaqlaşmasını anlamayan və ya heç nəyə fikir verməyənd daxil olanın yerində olsanız, yəqin ki, sizin sərhədləriniz daha yumşaqdır və o qədər də geniş deyil.

İnsanın şəxsi sərhədləri çox həssas mövzudur. Onlar müxtəlif insanlarda müxtəlifdir və həm də daim dəyişirlər - bu gün bir cür, sabah da başqa cürdür. Bu halda biz güman edirik ki, hamıda bu özümüzdə olduğu kimidir, özü də hazırda özümüzdə olduğu kimi. Şəxsi sahəmiz pozulduqda isə biz kədərli nəticə çıxarırıq: “sərhədləri pozan” bunu bizə pis fikirlə etdi. Əslində isə çox nadir hallarda kimsə nəyisə sizin acığınıza edir. Ünsiyyətdə tez-tez anlaşılmazlıqlar olur, onlar da bizim ehtiyaclarımız və narazılığımız haqqında danışmağı istəməməyimiz və bacarmamağımızla dərinləşir. Sonra isə bəzən qəfil münaqişələrə çevrilir - sizdən başqa hər kəs üçün qəfil olur, çünki ancaq siz “bu özbaşınalığa” uzun müddət dözürdünüz, ətrafdakılar üçün isə bu normal idi - axı siz susurdunuz. (Əlbəttə ki, sərhədlərin qəsdən pozulması zamanı aqressiya vəziyyətləri var, amma bu bizə göründüyü kimi tez-tez baş vermir).

Bu ancaq nümunədə göstərildiyi kimi ictimai nəqliyyatda bədənimizin ətrafındakı fiziki sahəyə aid deyil.  Bu bütün sahələrə aiddir: bizimlə necə danışmaq lazımdır, əşyalarımızı götürmək lazımdırmı, şəxsi həyatla bağlı soruşmağa yol vermək lazımdırmı. Siz təəccüblənəcəksiniz, amma hər insanın öz seçimlərinə əsaslanan vərdiş təsəvvürü var. Buna görə də növbəti dəfə həmkarınız qələmi stolunuzdan icazəsiz götürəndə bunun xoşagəlməz olduğunu hiss edəndə susmayın və hiddətinizi saxlamayın. Sadəcə sərhədləriniz barədə xəbər verin. Özü də məhz ilk dəfə xəbər verin. Onları müdafiə etmək üçün hələ tezdir. Başlanğıc üçün onları təyin etmək lazımdır. Amma siz xahişinizin işləmədiyini görsəniz və insanın sərhədlərinizi pozmağına davam edirsə sözlərinizi gücləndirmək lazımdır: sizə nəyin xoş olmadığını izah etmək, emosiyalar əlavə etmək və ya nəticələri barədə xəbərdarlıq etmək.

Münasibətlərdə şəxsi sərhədlər şəxsi vəziyyətin göstəricisi kimi

Mən öz sərhədlərini hiss etmək və müdafiə etmək bacarığını hər bir insan üçün ən vacib məsələlərdən biri hesab edirəm. Sizin şəxsi sahə hissiniz, bu və ya digər hərəkətlərin sizə münasibətdə mümkünlüyü və yolverilməzliyi - sizin buna tam haqqınız var, burada doğru və ya doğru olmayan mövqe yoxdur.

Bu halda sərhədlərin sərtlik və yumşaqlığı sizin daxili vəziyyətinizi qiymətləndirən meyar ola bilər. Məs: əgər sizin sərhədləriniz həyatın bütün sahələrində çox sərtdirsə, bu düşünmək üçün əsasdır.

Təsəvvür edin ki, sizin qaydalarınız var: sizinlə necə danışmaq olar, necə olmaz. Sizinlə nə etmək olar, nəyi etmək olmaz. Sizə nə qədər yaxın dayanmaq olar. Özünüzü güldürməyə icazə verirsinizmi. Ətrafdakıların sizinlə mübahisə etməsinə icazə varmı və s. Əgər qayda çoxdursa və onların hamısı sizin üçün vacibdirsə, bu sizin sərtliyiniz barədə xəbər verir, başqa sözlə desək sizinlə iş görmək çətindir. Çünki kimsə sizinlə ünsiyyətdə olanda məsələ qadağan edən nişanlara və xəbərdaredici lövhələrə toxunur. Həm də əgər o nəyəyə fikir verməsə və ya anlamasa, onda sizin küskünlüyünüz və qəzəbinizə toxunur.

Dediyim kimi bu özünü məcburi dəyişmək, siz nəyisə bəyənməyəndə səbr etmək və ya təhqiredici sözlərə cavab olaraq susmaq üçün səbəb deyil. Şəxsi sərhədlər və onları pozma meyarları “məcburi qaydada” dəyişən məsələ deyil. Amma onlar sizi əhatə edən dünyanı bütövlükdə necə qəbul etməyiniz, nə dərəcədə əməkdaşlıq etməyiniz, güzəştə getməyiniz, kompromisə getməyiniz, başqa insanların tələbatlarını nə dərəcədə görməyinizin göstəricisi ola bilərlər.

Şəxsi sərhədlərin həddindən artıq sərtliyi daxili qorxular və inamsızlıq haqqında deyir ki, onlar da müdafiə olunmaq tələbatını doğurur.

Əgər siz öz daxili keyfiyyətlərinizi dərk etsəniz, qorxularınıza qalib gəlsəniz və özünü qiymətləndirməni stabilləşdirsəniz, onda təbii olaraq daha yumşaq olacaqsınız, şəxsi sərhədlər özü dəyişəcək. Həm sizin üçün ətrafdakılarla, həm də müvafiq olaraq onlar üçün sizinlə qarşılıqlı əlaqədə olmaq daha asan olacaq.

 

Müəllif: Vadim Kurkin

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR