Slimfit
  1. MARAQLI

İngiltərə tarixinin qəribə üzü: ölülərlə şəkil çəkdirmə adəti

İngiltərə tarixinin qəribə üzü: ölülərlə şəkil çəkdirmə adəti
Sakura

İngiltərə tarixinin qəribə üzü: ölülərlə şəkil çəkdirmə adəti

Böyük Britaniyada kraliça Viktoriya dövrü bir çox cəhətdən son dərəcə ağır olub. Xüsusilə də 1861-ci ildən sonra ölkədə epidemiya xəstəlikləri başlayıb.

Böyük Britaniyanın Viktoriya dövrü imperiyanın ən parlaq dövrü olaraq görülür. Ancaq bu dövrdə bir çox fərqli vərdişlər var idi.

İmperatorluğun yüksəlməsinə baxmayaraq Viktoriya dövrü çox sayda ölümlə yadda qalıb. 1860-cı ildə Temza çayına atılan tonlarla nəcis yerli əhali su içdikcə dizenteriya, xolera və tifo kimi bir çox epidemiyaya səbəb olmuşdu. Xüsusilə uşaqlara təsir edən bu epidemiyalar kraliçanın bir növ ölüm modasını yaratmasına səbəb oldu və ölülərlə foto çəkdirmək məşhurlaşdı.

19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinə qədər davam edən kraliça Viktoriya dövrü Britaniya İmperiyasının zirvədə olduğu bir dövr idi. Ancaq bu zənginliyin içərisində Viktoriya dövrü ilə əlaqədar çox narahatlıqverici şeylər də var idi.

Bunlardan biri də 19-cu əsrdə daha çox populyarlaşan ölümdən sonrakı fotoşəkil idi.

Fotoşəkil çəkdirmək 18-ci əsrdə olduqca bahalı idi və o qədər də məşhur deyildi. Ancaq sevdiklərini itirəndən sonra ailələr xatirələrini yad etmək üçün onlarla şəkil çəkdirirdilər. Bəzi fotoşəkillərdə ölülərin daha canlı görünməsi üçün müxtəlif çap üsullarından istifadə edilib.

Epidemiyalar və ölüm halları ilə məşhurlaşan ölü fotoşəkilləri tibbdəki irəliləyişlərdən sonra populyarlığını itirdi.

Hər nə qədər dəhşətli görünsə də, fotolarda qəribə bir cazibədarlıq olduğu düşünülür.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR