Dərc edildi: Baxış sayı: 1188
İnanılmaz effekt verir: Tez-tez xəstələnənlər mütləq oxusun!
Qışda xəstəliklərdən qorunmaq üçün istifadə edilən vasitələrdən biri də itburnu çayıdır.
Publika.az xəbər verir ki, itburnu çayı çox faydalı müalicəvi içkidir, immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.
Bu müalicəvi çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürün. İtburnu meyvələrini dəmləməzdən əvvəl yaxşı əzmək lazımdır. Çayı axşamdan dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün.
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət