Slimfit
  1. MARAQLI

İlk insan həqiqətən mövcud olub?

İlk insan həqiqətən mövcud olub?
Sakura

Qısa cavab vermək lazımdırsa, xeyr, "ilk insan" kimi təsvir edə biləcəyimiz bir insan və ya "ilkin insanlar"…

Qısa cavab vermək lazımdırsa, xeyr, “ilk insan” kimi təyin edə biləcəyimiz bir insan və ya “ilkin insanlar” olaraq təyin edəcəyimiz bir cəmiyyət heç bir zaman var olmayıb. Çünki bir nəsil bir və ya bir neçə əvvəlki nəsillərdən fərqli bir növ olaraq təsnif edilə bilməz. İnsan növlərini müəyyən etdiyimiz zaman, hansı tarixdə yaşadıqlarınıda qeyd edirik. Lakin bu növlər arasında keçid bir neçə nəsildə baş verməmişdir. Bu proses yüz minlərlə il davam edə bilər. Beləliklə, biz müəyyən etdiyimiz hər bir tarixin əvvəlində “təxminən” ifadəsini işlədirik.
 
 
 
1.2 milyon il əvvələ aid bir fosilə baxdığımız zaman, bu növü Homo erectus olaraq təyin edə bilərik. 10 min və ya 100 min il əvvələ aid bir fosilə baxdığımız zaman isə onu Homo sapiens və ya modern insan olaraq təsvir edirik. Lakin bu iki növ arasında bir necə nəsil əhatə edə biləcək sürətli bir dəyişikliyi görməyimiz mümkün deyil.
 
 
 
Zamanda irəlləsək modern insana xas xüsusiyyətlərin, ilk insan populyasiyalarına görə üstünlük təşkil etdiyini görə bilərik. Amma bir nəsildə bütün xüsusiyyətlərin Homo sapiens halına çevrilməsi mümkün deyil. Məsələn,həm ikiayaqlılıq və həm də digər primatlara nisbətən böyük beyin Homo Sapinesin xüsusiyyətləri olaraq xarakterizə olunur. Ancaq insan təkamül prosesinə baxdığımız zaman, bu xüsusiyyətlər insan növündə ayrı-ayrılıqda hakim olması təxminən 3-4 milyon il əhatə edir.
 
 
 
Bu mövzunu daha yaxşı anlamaq üçün öz həyatımızı düşünə bilərik. Həyatımız boyunca bir çox inkişaf mərhələsindən keçirik; körpəlik, uşaqlıq, yeniyetməlik, yetkinlik, yaşlılıq kimi. Ancaq bir gündə yeniyetməlikdən yetkinliyə, və ya uşaqlıqdan bir gündə yeniyetməliyə keçməyimiz mümkün deyil. 35 yaşındakı bir fotoşəkilinizə baxdığınız zaman yetkin olduğunuzu, 6 yaşındakı bir fotoşəkilinizə baxdığınızda isə bir uşaq olduğunu deyə bilərsiniz. Lakin bir gün əvvəl yeniyetmə olduğunuz halda, növbəti gün yetişkin olduğunuzu təyin etməyiniz mümkün deyil. İnsanın təkamül prosesi bu şəkildə işləyir.
 
 
 
Təkamül prosesində bir növə aid fərd,heç bir zaman başqa bir növə aid bala doğmamışdır. Ancaq hər nəsildə sahib olduğu tədricən dəyişən gen tezliyi (populyasiya daxilində genlərinin paylanması) yavaş yavaş dəyişmişdir. Bu dəyişiklik bir çox təkamül mexanizmlərinin qatqısı ilə baş verir. Ancaq 100, 1000 və ya 10000 nəsli sonraya baxdığımız zaman, populyasiyada olan fərdlərinin xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə dəyişdiyi məlum olur.
 
 
Nəticə; İlk insan heç vaxt mövcud olmayıb və təkamül prosesində ilk məməlilər, ilk quşlar, ilk primatlar da eyni şəkildə mövcud olmamışdı.
 

 Mənbə: Yasilelm.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR