Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyevlə Lukaşenkonun görüşü başladı

İlham Əliyevlə Lukaşenkonun görüşü başladı
Sakura

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş Minskdəki…

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş Minskdəki Müstəqillik Sarayında keçirilir.

Axar.az xəbər verir ki, bu məlumatı “BELTA” agentliyi yayıb.

Tərəflər arasında təkbətək və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə genişləndirilmiş variantda görüşün keçirilməsi nəzərdə tutulub. Görüşün sonunda bir sıra beynəlxalq sənədlərin imzalanması nəzərdə tutulub. Agentlik prezidentlər arasındakı görüşdə ikitərəfli münasibətlər, beynəlxalq məsələlərin müzakirə ediləcəyini xüsusilə iqtisadi münasibətlər və investisiya əməkdaşlığına diqqət yetiriləcəyini bildirib.

Qeyd edək ki, İlham Əliyev rəsmi görüşlərə başlayana qədər müddət ərzində Minskdəki Qələbə abidəsini, keçən ilin mayında açılan Azərbaycan Ticarət Evini ziyarət edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR