İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Füzuli şəhərində bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur
Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində də sakinlər növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ildən sonra doğma yurdlarında məskunlaşan Füzuli sakinləri Zəfər qazanılan torpaqlarda Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət