Dərc edildi: Baxış sayı: 841
İlham Əliyev türkiyəli həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə zəlzələ qurbanları ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığı mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət