Slimfit
  1. İDMAN

İdmançımız Neapolda gümüş qazandı

İdmançımız Neapolda gümüş qazandı
Sakura

İdmançımız Neapolda gümüş qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub.

Axar.az xəbər verir ki, universiadanın ikinci günündə - iyulun 5-də Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) müxtəlif mərhələlərdə ardıcıllıqla Abdullah Hamad (Səudiyyə Ərəbistanı), Abdelrahman Mohamed (Misir), Luca Otmane (Fransa), Marko Qusiç (Monteneqro), Tsoqtbaatar Tsend-Oçiri (Monqolustan) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə rusiyalı Evgeni Prokopçuka məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənməli olub.

Digər təmsilçimiz Murad Fətiyev (81 kq) isə ilk görüşdə hollandiyalı Yim Heymana uduzub.

 

Millimizin üzvlərindən Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) yarışların birinci günündə mübarizəni dayandırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR