İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir
İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. Həm də elə etmək lazımdır ki, idman dərslə üst-üstə düşməsin. Bir də idman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. Bu da, şübhəsiz ki, həkimin məsləhəti ilə mümkündür. Uşaq idmanla məşğul olmazdan əvvəl tibbi müayinədən keçməlidir və bununla da onun məşğul olacağı idman növü müəyyənləşdirilməlidir. Sümük və boy baxımından zəif olanlar travmatik idmanlara başlayarlarsa, həm fiziki, həm də psixoloji problemlərlə üzləşə bilərlər.
İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar. Xüsusilə, üzmə ilə 5, gimnastika, tennis, konkisürmə, atminmə kimi idman növləri ilə 7-8 yaş arasında olan uşaqların məşğul olmaları məsləhət görülür. Futbol, basketbol, voleybol, həndbol kimi ağır və travmatik idman növləri ilə inkişafı normal olan 9-11 yaş arasında uşaqların məşğul olmaları məqsədəuyğundur.
İdmana başlamazdan əvvəl daha nələr nəzərə alınmalıdır:
— əzələ-skelet sistemi;
— nəfəs yolları (ağciyərin funksiyası testləri ilə);
— görmə və eşitmə orqanları (görmə tənbəlliyinə, eşitmə zəifliyinə diqqət yetirilməlidir);
— biokimyəvi dəyərləndirmə (qandakı kalsiumun, fosforun, yodun, maqneziumun, xlorun və s. miqdarı, oksigenin normallığı);
— psixoloji vəziyyəti, bədən kütləsi və s.
İdman mütəxəssisləri yuxarıda sadalananların nəticəsinə əsasən, aşağıdakıları nəzərə almalıdırlar:
— bədənin müqavimətini;
— məşqetmə qabiliyyətini;
— reaksiya qabiliyyətini;
— qüvvə və diqqəti…
Mənbə: Zaman qəzeti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət