Slimfit
  1. TEXNOLOGİYA

"Huawei"lə bağlı yeni xəbər on minlərlə azərbaycanlını sevindirəcək

"Huawei"lə bağlı yeni xəbər on minlərlə azərbaycanlını sevindirəcək
Sakura

Şirkətin indiyədək satılmış, hazırda satışda və anbarlarda olan telefonları ABŞ sanksiyalarına daxil…

"ABŞ-ın Çinin "Huawei" şirkətinə tətbiq etdiyi sanksiyalar şirkətin satışda olan telefonlarına aid deyil". 
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu "Huawei"nin rəsmiləri bildiriblər.  

Məlumata görə, şirkətin indiyədək satılmış, hazırda satışda, həmçinin anbarlarda olan telefonları ABŞ sanksiyalarına daxil deyil. 
Şirkətin hazırda istifadə edilən və satışda olan bütün növ telefon modelləri "Google"-un xidmətlərindən istifadə edə biləcək. 

Huawei-nin satışda olan və ABŞ sanksiyalarına düşməyən telefon modelləri bunlardır:

"P30 lite, P30 Pro, P30, Mate 20 Pro, Mate 20 lite, P20 Pro, P20, P20 Lite, Mate 10 lite, Mate 10 Pro, P Smart 2019, P Smart 2018, Y7 2019, Y6 2019, Y5 2019, Y7 2018, Y6 2018, Y5 2018, P10 Plus, P10, P10 lite, P9, P9 lite (2017)."

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin "Huawei" şirkətini "qara siyahı"ya salıb. Bu səbəbdən "Google", "İntel" və başqa şirkətlər "Huawei" ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb.

Amma daha sonra ABŞ sanksiya tətbiq olunan "Huawei" şirkətinə 90 günlük müvəqqəti lisenziya verib.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR