"Huawei" ticarət sirlərinin oğurlanmasında ittiham olunur
ABŞ Federal Prokurorluğu Çinin "Huawei Technologies Co." şirkətinə qarşı amerikalı biznes tərəfdaşlardan ticarət sirlərini oğurlamaq şübhəsi ilə əlaqədar cinayət tərkibli istintaq aparır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən yazıb.
İstintaq "Huawei" əleyhinə qaldırılan bir sıra mülki iddialar, o cümlədən Çin şirkətini smartfonların sınaqdan keçirilmə texnologiyasını oğurlamaqda ittiham edən "T-Mobile" mobil operatorunun iddiası əsasında başladılıb.
Mənbənin məlumatına görə, istintaq son mərhələdədir və yaxın müddətdə federal prokuror "Huawei"yə qarşı ittiham irəli sürə bilər.
Qeyd edək ki, 2017-ci ildə andlı iclasçılar "Huawei" şirkətinin "T-Mobile" ilə müqavilə şərtlərini pozduğunu hesab edərək ABŞ şirkətinin lehinə qərar qəbul edib və Çin şirkətinə 4,8 milyard dollar cərimə tətbiq edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət