Hizbullah İsrail ərazisinə 12 raket atıb
İsrail ordusunun Livanla sərhəd bölgələrindəki mövqeləri Hizbullahın silahlı qanadının bölmələri tərəfindən atəşə tutulub.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, Hizbullahın silahlıları İsrail ərazisinə doğru 12 raket atıblar, onların İsrailin Yuxarı Qalileydəki postları ərazisinə, həmçinin Şeba və Kfar Şuba yüksəkliklərinə düşdüyü qeydə alınıb.
Zərbələrin nəticələri və insan tələfatı barədə məlumat verilmir.
Qeyd olunur ki, dekabrın 26-da İsrail artilleriyası gün ərzində Livanın cənubunda əhalinin məskunlaşdığı ərazilərə azı 250 mərmi atıb. “Naharnet” xəbər portalının məlumatına görə, 34 kənd atəşə tutulub, 8 ev dağılıb, 29-dan çox kəndə maddi ziyan dəyib.
Hizbullah çərşənbə axşamı İsrailin hücumları nəticəsində iki döyüşçünü itirdiyini bildirib:
“Mülki Müdafiə Xidmətinin bir xilasedicisi də həlak olub. Beş dinc sakin yaralanıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət