Slimfit
  1. DÜNYA

Heyli prezidentlik uğrunda seçki yarışını tərk etməyəcəyini bildirib

Heyli prezidentlik uğrunda seçki yarışını tərk etməyəcəyini bildirib
Sakura

Heyli prezidentlik uğrunda seçki yarışını tərk etməyəcəyini bildirib

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli seçki yarışını tərk etməyəcəyini və Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,o, bu barədə çərşənbə axşamı Miçiqanda Respublikaçıların ilkin seçkilərinin ilk nəticələri açqlanandan sonra "CNN"ə müsahibəsində deyib.

“Sona qədər mübarizə aparırıq”, deyən Heyli qeyd edib ki, martın 5-də 16 ştatda və ABŞ-ın bir ərazisində - Amerika Samoasında ilkin seçkilərin keçiriləcəyi "Super çərşənbə axşamı"nı səbirsizliklə gözləyir.

"CNN" bildirib ki, bülletenlərin 28%-i sayıldıqdan sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında Respublikaçıların praymerizində demək olar ki, 70%-lə qalib gəlib. Heyli indiyədək cəmi 28,1% səs toplayıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat CO Bayden ən yüksək hökumət vəzifəsinə yenidən seçilmək istədiyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR