Həyatınızı dəyişdirib sizə xoşbəxtlik gətirən sehirli söz
Biz həyatda hər əmələ görə cavab veririk. Xoşbəxtlik bizim anlayışımızda çox bahadır və onun üçün mütləq nə isə ödəməliyik. Yolun sonunda bizi əsl xoşbəxtliyin gözləydiyinə inanaraq çoxlu qurbanlar veririk. Özünü sevincdən məhrum edərək nə qədər ağrılar çəkirik. Yaxınlarımıza yarınmaq üçün özümüzü ikinci plana salırıq.
Bəs uğrunda özünüzü fəda etdiyiniz insanlar əziyyətinizi qiymətləndirir? Biz sabah, bir gün sonra, gələn həftə, gələn ay və ya bir il ərzində xoşbəxt olacağımıza dair deyilən əfsanələrə inanırıq. Deyirlər ki, xoşbəxtliyə çatmaq üçün səbr etməlisiniz. Bəs dözümlülük və səbir nə vaxta qədər davam etməlidir ki, xoşbəxt olaq?
Psixoloqlar deyir ki, xoşbəxt olmaq üçün ilk növbədə insan özü-özünə icazə verməlidir, oturub nələrinsə düzələcəyini gözləmək lazım deyil. Odur ki, elə bu gün xoşbəxt olmağa başlayın. Bunun üçün qəlbinizdə yığılmış yüklərdən azad olmağı öyrənməlisiniz. Xəyal və arzuları heç bir halda təxirə salmayın. Hər şeyi təxirə salsanız, ömrünüzün sonuna qədər əsl xoşbəxtliyin nə olduğunu bilmədən yaşayacaqsınız. Məsələn, Sovet dövründə hər şey az tədarük edildiyi zaman insanlar Portuqaliya çəkmələri və ya büllur dəsti almaq üçün uzun növbələrə düzülərdi. Qiymətli və nadir əşyananı evin ən etibarlı küncündə saxlayırdılar. Servis servanta düzülür və sadəcə ən hörmətli qonaqlar üçün istifadə edilirdi, çəkmələri də eyni tale gözləyirdi. Zaman keçdi, ittifaq dağıldı, bir çox şey ortaya çıxdı, çəkmə və servis isə hələ də istifadə edilməmiş qaldı. Gənclik də əldən getdi... Sizcə, aldığımız əşyalardan elə bu gün istifadə edərək bundan zövq almaq yaxşı olmazdımı? Axı sabahın nələr gətirəcəyini heç kim bilmir. Anı yaşamaq əsl xoşbəxtlikdir. Hər saniyədən hər şeyin maksimumu əldə etməyə çalışmalı və mifik xoşbəxtliyi gözləməməliyik.
Sizi elə indi xoşbəxt edə bilən, kiməsə gərəksiz duyduğunuz borc və günah hissindən xilas edən sehrli fraza var. Həyatınızda sevincli anlar baş verəndə, xəyalən bu sözü deyin – Hər şey ödənmişdir.
Şəxsi həyatda xoşbəxtlik arzu edirsiniz? “Hər şey ödənilmişdir” deyin.
Sədaqətli kişi ilə ailə qurmaq istəyirsiniz? “Hər şey ödənilmişdir” söyləyin.
Yüksək maaşlı iş axtarırsınız? Sehrli sözləri təkrar edin: “Hər şey ödənilmişdir”.
Gözəl ev və ya maşın almaq niyyətindəsiniz? Odur ki, “Hər şey ödənilmişdir” deməyi unutmayın.
Öz taleyinizin sahibi olun, keçmişlə yaşamaqdan vaz keçin. Özünüzdə günahkarlıq hissi yetişdirməyin. Bu fraza həyatınıza sehrli bir şəkildə təsir edərək sizi bütün yüklərdən azad edir və xoşbəxtlik yolunu açır. Bir neçə dəfə cəhd etdikdən sonra təsirinin necə güclü olacağına çox təəccüblənəcəksiniz. Hətta indi inanmaq çətin olsa belə. Yadda saxlayın ki, özünüz istəmədiyiniz halda heç kim həyatınızı dəyişdirə bilməz.
Mənbə: Publika.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət