Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər gün zəncəfil suyu içəndə bədəndə bu möcüzəvi dəyişikliklər baş verir - Həkimlər açıqladı

Hər gün zəncəfil suyu içəndə bədəndə bu möcüzəvi dəyişikliklər baş verir - Həkimlər açıqladı
Sakura

Hər gün zəncəfil suyu içəndə bədəndə bu möcüzəvi dəyişikliklər baş verir - Həkimlər açıqladı

Zəncəfil hələ qədim zamanlarda dərman kimi istifadə olunurdu. Qədimdə təbiblər zəncəfilin köməyi ilə mədə, beyin xəstəliklərini, müxtəlif ağrıları, iltihabları müalicə edirdilər.

Zəncəfilli su çox faydalı müalicəvi və profilaktik vasitədir ki, onun köməyi ilə bir çox xəstəliklərin qarşısını almaq mümkündür.

Zəncəfilli su necə hazırlanır?

1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfili yarım litr isti (qaynar yox!) suda 1 saat ərzində dəmləyin və süzün. Dəmləməni gün ərzində için. İçdikdən əvvəl dəmləməyə limon və bal əlavə edə bilərsiniz. Dəmləməni yeməkdən 20 dəqiqə əvvəl içmək daha faydalı sayılır.

Zəncəfilli suyun faydaları:

- Həzmi yaxşılaşdırır, mədədə ağırlıq və köp kimi simptomları aradan qaldırır.

Publika.az bildirir ki, piylərin parçalanmasını sürətləndirən və qanda şəkərin səviyyəsini aşağı salan zəncəfilli su arıqlamağa kömək edir.

- Orqanizmdə iltihabları azaldır.

- Orqanizmdən artıq mayeni çıxardır və bununla da ürəyə və böyrəklərə düşən gərginliyi azaldır.

- 2-ci tip şəkərli diabet zamanı çox faydalıdır.

- Miqren, baş və oynaq ağrılarını, menstruasiya ağrılarını azaldır.

- Güclü xərçəng əleyhinə təsirə malik olduğundan xərçəngin riskini azaldır.

- Soyuqdəymə zamanı çox yaxşı kömək edir.

- Xolesterinin səviyyəsini aşağı salmaqla ürək və damar xəstəliklərinin riskini aşağı salır.

- Zəncəfilli su təbii enerji içkidir. Lakin bu içkilərdən fərqli olaraq orqanizmə heç bir mənfi təsir etmədən güc və gümrahlıq verir.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı zəncəfil və zəncəfil dəmləməsinin qəbulu arzuolunan sayılmır. Bu mədə xorası və qastrit (kəskinləşmə dövründə) və bəzi digər xəstəliklərə aiddir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR