Həmyerlimiz yaratdığı texnologiya ilə böyük diqqət çəkdi
Azərbaycan əsilli Rusiya vətəndaşı proqramçı Əli Əliyev texnologiya vasitəsilə real vaxt rejimində deepfake hazırlayıb Zoom tətbiqində özünü Elon Musk kimi təqdim edib.
TED.az xəbər verir ki, Əli Əliyev hazırladığı texnologiyanı sınaqdan keçirmək üçün Zoom-da yayımlanan onlayn konfransa qatılaraq özünü Elon Muska kimi təqdim edib.
Proqramçının hazırladığı texnologiya "Avatarify" adlanır. O, proqramı hazırlamaq üçün "The First Order Motion Model For Image Animation" adlı süni intellekt kodundan istifadə edib.
"Avatarify" real vaxt rejimində iştirakçının üzünü başqası ilə əvəzləyir.
Elon Muskdan başqa "Avatarify"nin baza məlumatında Albert Enşteyn, Stiv Cobs, Mona Liza, Barak Obama, Harri Potter, Kriştiano Ronaldonun da simaları yer alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət