Slimfit
  1. DİN

Hələ 19-cu əsrdə İngilis müsəlman qadınlar yerlərinin mətbəxdə olmadığını sübut ediblər

Hələ 19-cu əsrdə İngilis müsəlman qadınlar yerlərinin mətbəxdə olmadığını sübut ediblər
Sakura

Hələ 19-cu əsrdə İngilis müsəlman qadınlar yerlərinin mətbəxdə olmadığını sübut ediblər

İndiki dövrdə məscidlərdə qadınlara sırf təsərrüfat işlərinin həvalə olunduğunu müşahıdə etmək nadir hadisə deyil - cari təmizlik işləri, vacib qonaqlar gəldikdə və ya hansısa məclis olanda çay süfrəsi təşkil etmək onların üzərinə düşür. Halbuki ötən əsrin əvvəllərində qeyri-müsəlman Avropada müsəlman qadınlar məscidlərin fəaliyyətində mühüm rol oynamışlar. Özü də yalnız təsərrüfat içlərində yox. İngiltərədəki ən qədim məscidlərin tarixinə baxsanız, 19-20 əsrlərin salnamələrində çox sayda qadın adlarına rast gələ bilərsiniz.

Məsələn, Amerikadan Liverpula gələn İslam dinini qəbul etmiş Nafisa Kip, qadın hüquqları mövzusunda mühazirələr verir və İslamla bağlı patriarxal stereotiplərə açıq etiraz edirdi, Ens.az saytı The Conversation-a istinadən yazır. Bu xanım sonradan, hətta mədrəsələrdən birinə rəhbər müavini təyin edilmişdi. Liverpul və Uoking məscidlərinin dindarları təkcə İslamın əsas bayramlarında qonaqlıqlar təşkil etmək üçün məsuliyyət daşımırdılar, daha əhəmiyyətli bir sosial funksiyanı yerinə yetirirdilər - 1897-ci ilin yanvarında açılan küçə uşaqları üçün evi idarə edirdilər.

Ens.az bildirir ki, 19-cu əsrin sonlarında İngilis müsəlman qadınları məqalələrini məscidlərin çap nəşrlərində dərc edirdilər, həmçinin onlarda müsəlman qadınlarının nailiyyətləri haqqında qeydlər yazılırdı. Məsələn, 1895-ci ildə, Liverpul Məscidinin informasiya bülletenində, hansısa Zibeydə Əli Əkbərin kraliçaya təqdim olunduğu və “gənc məhəmmədçi" Teyba Bilqraminin universitetlərdən birində imtahandan uğurla keçdiyi deyilirdi. 1896-cı ildə müsəlman qadın, Roza Uorren, məsciddə şair Henri Lonqfellou haqqında məruzə ilə çıxış etmişdi. İslamda Sadika Xanım adını alan İngilis qadın Tereza Qriffin Viele (1831-1906) də məlumdur. O, Liverpul Məscidi qəzetinin müxbiri idi və siyasi hadisələrə dair süjetlər hazırlayırdı. Kübarlığı ilə seçilən ingilis xanım Evelin Zaynəb Kobbold Həcc ziyarətini həyata keçirən ilk Avropa qadını olmuş və bu ziyarətinə özü tək maşın sürərək yollanmışdı. O daha sonra, 1934-cü ildə Məkkəyə səfəri haqqında kitab da nəşr etdirmişdi. İngilis qadın Fatima Keyts İngiltərədəki ilk məscidi quran müsəlman təşkilatının xəzinədarı idi və Bhopaldan olan hindistanlı müsəlman Bequm Şah Cahan Uokinqdə ilk məscidin inşasına pul vermişdi.

Mənbə: islamnews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR