Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Fərhad Ağayev İslam oğlu

Fərhad Ağayev İslam oğlu
Sakura

DOĞUM TARİXİ: 04/08/1975 VƏFAT TARİXİ: 15/03/1995

4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd orta məktəbini bitirmişdir. 1993-cü il oktyabrın 8-də Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad, Prezident Qvardiyasında xidmətə başlayır. Hərbçi olmaq arzusu elə ilk günlərdən onu hərb elminin sirlərini dərindən öyrənməyə sövq edirdi. Fərhad 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndində olur. O, döyüşdə əsl hərbçi kimi vuruşur, düşmənə sarsıdıcı zərbələr endirməyə çalışırdı. Füzuli rayonu ərazisində bir neçə döyüş əməliyyatında iştirak etdikdən sonra o, Murovdağ, Ömərdağ, Güzgü deyilən müdafiə əhəmiyyətli, ərazi döyüşlərində də öz şücaətini göstərdi.

1995-ci il... Fevralın əvvəlləri... Fərhad Goranboy rayonuna - döyüş bölgələrinə göndərildi. Çox keçməmiş, yəni 1995-ci ilin mart ayında daxildən bir qrup silahlı dəstə baş qaldırdı. Dövlətçiliyimiz təhlükəyə məruz qalmışdı. Ağır sınaq günləriydi. Qardaş qanı axıdılırdı. Sanki ölkə yeni bir müharibəni yaşayırdı. Fərhadın daxil olduğu batalyon dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün Ağstafa rayonuna göndərildi.

1995-ci il... Mart ayının 13-ü... Fərhad qardaş gülləsindən ağır yara aldı. O, martın 15-də bu yaradan da həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir

Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır. Büstü qoyulmuşdur.

Mənbə: http://milliqahramanlar.az/hero/30

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR