Slimfit
  1. ARAŞDIRMA

Havadakı zəhər hamilə qadınların ağ ciyərindən uşağa keçir - yeni araşdırma

Havadakı zəhər hamilə qadınların ağ ciyərindən uşağa keçir - yeni araşdırma
Sakura

Havadakı zəhər hamilə qadınların ağ ciyərindən uşağa keçir - yeni araşdırma

Böyük Britaniyanın paytaxtı Londonda aparılan bir araşdırmada ilk dəfə havadakı zəhərli hissəciklərin hamilə qadınların ağ ciyərlərindən ciftə keçdiyinə dair faktlar əldə olunub. Zəhərli havanın döllərə zərər verdiyi məlum idi. Amma bunun necə baş verdiyi məlum deyildi.

Yeni araşdırmada iştirak edən bütün hamilə qadınların körpələrinin ciftlərində çirkli hissəciklər tapılıb. Elm adamları bu hissəciklərin döllərə də keçmiş olması ehtimalının çox olduğunu söyləyirlər.

Queen Mary Universitetindən olan Dr. Lisa Miyashita "Ananın nəfəs aldığı çirkli havanın dölə təsir etməsinə dair əhəmiyyətli işarələr var və bu çox narahatedicidir" deyib.

"İzdihamlı küçələrdən istifadə etməyin"

Dr. Miyashita hamilə qadınların hava çirkliliyinin çox olduğu ərazilərdən uzaq durmalarını və izdihamlı küçələrdən istifadə etməmələrini tövsiyyə edib.

Daha əvvəl aparılan bir sıra araşdırma hava çirkliliyinin vaxtından əvvəl və az çəkili doğuş riskini artırdığını aşkar etmişdi. Bu araşdırmalar körpələrin həyatları boyunca sağlamlıq problemlərinə məruz qala biləcəyinə işarə vururdu.

Dekabr ayında 500 min doğuşla bağlı məlumatların nəzərdən keçirilməsiylə aparılan bir araşdırmada bu əlaqə təsdiqlənmiş, dünya miqyasında hava çirkliliyinin sıx olduğu şəhərlərdə yaşayan milyonlarla qadının risk altında olduğu bildirilərək "qlobal ictimai sağlamlıq fəlakəti" xəbərdarlığı edilmişdi.

Avqustda aparılan bir araşdırma isə hava çirkliliyi təsirlərinin ağ ciyərlə məhdudlaşmadığını aşkar etmişdi. Bu araşdırmada hava çirkliliyinin insan zəkasını ciddi nisbətdə azaltdığı bildirilmişdi. 2016-cı ildə insan beynində hava çirkliliyinin izləri tapılmışdı.

3500 hüceyrədə 72 hissəcik tapılıb

Yeni araşdırmada siqaret çəkməyən və sağlam körpələr dünyaya gətirən beş qadının ciftləri nəzərdən keçirilib. Tədqiqatçılar immun sisteminin bir hissəsi olan bakteriyalar və hava çirkliliyi kimi zərərli hissəcikləri özünə çəkən histioist (ağ qan hüceyrəsi) hüceyrələrini kənarda saxlayıblar.

Optik bir mikroskopla həyata keçirilən araşdırmada 3500 hüceyrədə 72 çirkli hissəcik aşkar edilib. Bu hissəciklərə güclü bir elektron mikroskopla baxılıb və bunların histiosit hüceyrələrindəki hissəciklərə bənzədiyi məlum olub.

Bu məlumatların qəti olaraq təsdiqlənməsi üçün yeni araşdırmalara ehtiyac olduğunu bildirən Dr. Miyashita "Bunların başqa bir şey ola biləcəyinə inanmırıq. Bunların çirkli hissəciklər olduğu çox aydındır" deyib.

Daha əvvəllər heyvanlar üzərində aparılan araşdırmalarda hamilə heyvanların nəfəs aldığı zəhərli hissəciklərin qandan ciftə keçdiyi müəyyən olunmuşdu.

Mənbə: BBC

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR