Hansı xəstəliklər zamanı sarımsaq yemək olmaz
Bu qoxulu məhsulun infeksiyalara qarşı mübarizədə effektivliyi hələ sübut olunmayıb
Yoluxucu xəstəliklər üzrə beynəlxalq mütəxəssislər xatırladıb ki, kəskin virus infeksiyaları ilə mübarizədə sarımsağın effektivliyi hələ sübutunu tapmayıb. Üstəlik, bəzi insanlar üçün bu qoxulu məhsulun çox miqdarda istifadəsi sağlamlığa zərər verə bilər.
"Sarımsağın qəti şəkildə ziyan verdiyi xəstəliklərin bütöv bir siyahısı var. Bunlara öd daşı xəstəliyi, böyrək problemləri, mədə-bağırsaq traktının problemləri daxildir. Banal qastrit, mədə və ya onikibarmaq bağırsağın peptik yarası" da bu sıradadır" ekspertlər deyir.
Koronavirusun qarşısını almaq üçün hamama getməyin faydalı ola biləcəyi barədə İnternetdə yayılan məlumatlara da münasibət bildirilib. Bu məlumat da təsdiqini tapmayıb. Ümumiyyətlə, sözügedən mövzuda heç bir araşdırma aparılmayıb.
"Hamama bağlı bir sıra göstərişlər və bir sıra da əks göstərişlər var. Əgər müalicə həkiminiz hamama getməyinizi qəti şəkildə qadağan edirsə, mütləq dinləyin", ekspertlər vurğulayır.
Mənbə: www.kp.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət