Slimfit
  1. DÜNYA

Hakerlər yüzlərlə alman deputatının məlumatlarını dərc edib

Hakerlər yüzlərlə alman deputatının məlumatlarını dərc edib
Sakura

Hakerlər yüzlərlə alman deputatının məlumatlarını dərc edib

Hakerlər yüzlərlə alman deputatın ünvanları, telefon nömrələri, bəzilərinin bank məlumatları, şəxsiyyət vəsiqələri və şəxsi yazışmalarını dərc edib. "Almaniya üçün alternativ" partiyasının millət vəkillərinin məlumatları toxunulmamış qalıb.

Hökumət sənədlərinin heç biri həssas sayılmır, onların bəziləri isə yeni məlumatlardır.

Kansler Angela Merkel ilə əlaqəli olan məlumatlar arasında iki elektron poçt ünvanı, faks nömrəsi və 2016-cı il Sosial Demokrat Partiyasının mühacirlərlə bağlı kanslerin mövqeyini tənqid edən bir məktub var.

Sənədlərin nəşri haqda məlumat yanvarın 3-də açıqlanıb, amma hakerlər bu məlumatı dekabrın əvvəlindən Twitter-də Milad təqviminin tərzində nəşr ediblər.

Sənədlərin nəşrin arxasında olan şəxs və ya bu şəxsin motivasiyası barədə məlumat hələ də məlum deyil.

2017-ci ildə Almaniya kiber polisi Bundestaq seçkiləri zamanı haker hücumlarının planlaşdırıldığını bildirib.

Parlament artıq 2015-ci ildə haker hücumuna məruz qalıb. O zaman məclis komissiyasının sənədləri WikiLeaks saytında dərc olunmuşdu. Almaniyanın kəşfiyyat orqanları hücumu Fancy Bear kimi tanınan APT28 bir qrup rus hakerləri ilə əlaqələndirib. Onlar ABŞ Demokratik Partiyasının serverlərinə də hücumun məsuliyyətini daşıyır.

Mənbə: Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR