Slimfit
  1. MEDİA

Gülməli Hadisə: Təhsil Müdiri Müəllimdən Qaçdı!

Gülməli Hadisə: Təhsil Müdiri Müəllimdən Qaçdı!
Sakura

Astara Təhsil Şöbəsinin rəhbəri Rəşad Həsənov ona sual verən müəllimi dostluqdan çıxartmaqla “aradan çıxdı”

Astara Təhsili yenə də diqqətləri üzərinə toplamağa və fərqlənməyə davam edir. Əlbəttə, yenə mənfi mənada… Belə ki, Təhsil İdarəsinin “kreativ” rəhbəri Rəşad Həsənov bu dəfə də qəribə davranışı ilə gündəmə gəlib. Astara təhsilinin nümunəvi müəllimi Nuranə Həmidovanı feysbukda ona sual verdiyi üçün dostluqdan çıxaran Həsənov “maraqlı” və “unikal” metod “kəşf edib”.

“Gənc Alimlər” xəbər verir ki, indiyəqədər 4 dəfə Direktorların İşə Qəbulu imtahanından keçib müsahibəyə çağrılan və hər dəfə də təhsil rəhbərinin “sehrli çubuğu” ilə direktorluqdan məhrum qalan peşəkar müəllim bu dəfə dözməyib üsyan etdi və dostluğundakı təhsil müdirinə ritorik sual verdi. Təhsil müdiri də müəllimin çətin sualından “məharətlə” yayındı-dostluqdan çıxartdı…

 İndiyəqədər rayonun şikayətçi vətəndaşlarından və gənc alimlərindən, həmçinin, QHT-lərdən və jurnalistlərdən qaçan R. Həsənov bu dəfə “qaçış radiusunu” genişləndirərək, artıq müəllimlərdən də qaçmağa başlayıbdır! Özünün ictimaiyyətə təqdim etdiyi əlaqə nömrəsini bir neçə həftədir ki, istifadədən çıxaran Təhsil müdiri görünür ki, heç kəsin bilmədiyi, gizli nömrədən istifadə edir…

Nə deyək…. Əhsən, belə “Təhsil müdirinə”! “Müasir innovasiyalardan” və “kreativ metodlardan” məharətlə istifadə edir!....

 

(Daha əvvəl isə R. Həsənov ona sual verən QHT nümayəndəsini blok etmiş, sonra blokdan çıxardıb onunla polemikaya girmiş və sonra təzədən blok etmişdi: https://xalqxeber.az/region/52740-astara-rtsh-sedr-emekdashmzla-polemkaya-grb-babr-oldu-foto.html)

 

P.S. Rayonun gənc alimləri olaraq Rəşad Həsənova bir tövsiyyəmiz var; Rəşad bəy, mütləq “Görünməz Adam” (Hollow Man) filminin qəhrəmanına müraciət edib, o sehrli iksiri əldə edin! Beləliklə, daha əlavə səy və narahatçılığa ehtiyac olmadan, istədiyiniz adamdan qaçın, istədiyiniz adama görünün... Hətta, Təhsil İdarəsini də birdəfəlik görünməz edin... Onsuz da indi karantindir, hər kəs evinə çəkilib, kiminsə xəbəri olmaz…

 

P.P.S. Maraqlıdır, görəsən, bundan sonra Rəşad bəy daha kimlərdən qaçacaq?...

Deyəsən, Təhsil şöbəsinin rəhbəri “böyük marafona” hazırlaşır və hələlik məşq edir…                                                                    

                                                                          “Astaranın Gənc Alimləri”                      

                                                                                  

Nuranə Həmidovanın Rəşad Həsənovun “aradan çıxmasına” səbəb olan həmin o statusunu heç bir şərhsiz diqqətinizə çatdırırıq:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR