Slimfit
  1. İDMAN

Güləş üzrə dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb

Güləş üzrə dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb
Sakura

Güləş üzrə dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb

 Oktyabrın 20-dən Macarıstanın paytaxtı Budapeştdə start götürəcək güləş üzrə dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Report” xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq), Pərviz İbrahimov (61 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Abubakr Abakarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mundialda qüvvəsini sınayacaq.

Qadınlardan ibarət komandada baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun məsul yarışda şans verəcəyi heyətdə Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq.

Yunan-Roma güləşində isə baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.

Dünya çempionatında Azərbaycan hakimlərindən Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyev ədaləti qoruyacaq.

Qeyd edək ki, sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar. Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR