Dərc edildi: Baxış sayı: 607
Görkəmli qırğız kinorejissoru Bolot Şamşiyev vəfat edib
Görkəmli qırğız kinorejissoru, SSRİ Xalq artisti və Dövlət mükafatı laureatı Bolot Şamşiyev 78 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, Bolot Şamşiyev “Ağ gəmi”, “Erkən gələn durnalar”, “Canavar tələsi”, “İssık-Kulun ağ lalələri”, “Karaş aşırımında atəş” və digər tanınmış filmləri ilə məşhur olub.
Xatırladırıq ki, B.Şamşiyev dostu, tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinə filmlər çəkib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət