Slimfit
  1. İQTİSADİYYAT

Goranboyda iki yem emalı və toxum təmizləmə məntəqələri açılıb

Goranboyda iki yem emalı və toxum təmizləmə məntəqələri açılıb
Sakura

Goranboyda iki yem emalı və toxum təmizləmə məntəqələri açılıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydex Sinqx Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində iki yem emalı və toxum təmizləmə məntəqələrinin açılışında iştirak edib.

USAID-dən Trend-ə verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq.

Həmin məntəqələr USAID və İqtisadiyyat Nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlik əməkdaşlıq çərçivəsində inşa edilib. Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin məntəqələr qurulmamışdan öncə İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.

Bu yeni məntəqələr həmin icmaların maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 2000-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Beləki, kənd sakinləri toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə qət etməli olmayacaqlar:

“İcmanıza olan dəstəyimiz ABŞ və Azərbaycan xalqları arasında davamlı dostluğun rəmzidir”, deyə missiya direktoru Caydex Sinqx qeyd edib. O həmçinin USAID və Azərbaycan hökuməti arasında möhkəm və davamlı tərəfdaşlığı alqışlayıb. Goranboy rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Nadir Adilov, habelə USAID əməkdaşları və yerli sakinlər tədbirə qatılıblar.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. ABŞ və Azərbaycan 215,000-dən çox insanın yaşadığı 146 müxtəlif icmada 125 icma layihəsi həyata keçirib. Bu layihələr arasında yem emalı məntəqələri, texniki və suvarma, idman meydançaları, pendir istehsalı müəssisəsi, tibb məntəqələri və yollar olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR