Google Android brendindən imtina edə bilər
İT sahəsinin ekspertləri hesab edirlər ki, Google şirkətinin proqramçıları Android brendindən imtina edə bilərlər. Onlar bu nəticəyə Pixel 3 və Pixel 3 XL smartfonlarının təqdimatından sonra gəliblər ki, orada əməliyyat sisteminin adı bir dəfə belə çəkilməyib.
Müxətəssislərin fikrincə, Google axtarış sisteminin istifadəçiləri Android haqqında elə də tez-tez informasiya axtarmayıblar və buna görə də şirkətin rəhbərliyi bu əməliyyat sisteminin istifadəçilər üçün elə də maraqlı olmadığı nəticəsinə gəlib. Öz növbəsində Google şirkətinin baş menecerlərinin bir hissəsi fərqli düşünr və əməliyyat sisteminin imtinasından imtinaya etirazla çıxış edir.
Qeyd edək ki, Android sözünün amerikan korporasiyasının marketinq dilindən yox olması hadisəsi ilk dəfə deyil. Belə ki, Android Pay-i Google Pay adı ilə dəyişdirdilər, Android Messages Messages oldu, Android Wear ƏS-i isə Wear OS-ə çevildi.
Mənbə: Dni24.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət