Slimfit
  1. AVTO VƏ MOTO

General Motors öz modellərinə uzaqdan giriş quraşdıracaq

General Motors öz modellərinə uzaqdan giriş quraşdıracaq
Sakura

General Motors öz modellərinə uzaqdan giriş quraşdıracaq

Ens.az xəbər verir ki, General Motors şirkətinin bütün qlobal modelləri 2023-cü ildə artıq İnternet vasitəsilə müstəqil şəkildə yenilənə biləcək.

Təqdim olunmuş texnologiya General Motors şirkətinin yeni nəsil avtomobilləri, həmçinin elektrokarları üçün əsas olacaqdır. Kompüter sistemi bir saat ərzində 4,5 terabayt-a qədər informasiya emal edə biləcək - belə informasiya həcmi 337 milyon səhifəyə bərabərdir. Sistemi müdafiəli yüksək sürətli simsiz İnternet ilə təchiz edəcəklər ki, o da avtomobilin həyat müddətində bütün elektron xidmət və funksionallıqları - kruiz-nəzarət, təhlükəsizlik sistemi, oğurluqdan müdafiə sistemini və s. yeniləyəcək.

Bununla belə General Motors məhsulları digər avtomobil istehsalçıları kimi çoxdan uzaqdan proqram təminatının yenilənməsini istifadə edən Tesla elektromobillərindən geri qalır. Məsələn: maşının öz-özünə yanması haqqında xəbər yayılandan dərhal sonra şirkət akkumulyator batareyalarının idarə edilməsi üçün yeni proqram təminatı buraxdı. Əslində Tesla sahibləri tezliklə servisi ziyarət etməli olmayacaq - hər şey uzaqdan ediləcək.

General Motors-da məhz hansı elementlərin yenilənəcəyi hələlik məlum deyil. İstehsal təşəbbüskarı Mark Roys hələ üç il əvvəl bəyan etmişdi ki, yenilənmələr avtomobilin əyləc kimi kritik vacib sistemlərinə aid olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR