Slimfit
  1. MEDİA

"Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması" adlı layihə həyata keçirilir

"Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması" adlı layihə həyata keçirilir
Sakura

"Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması" adlı layihə həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması" adlı layihənin icrasına başlanılıb.

Layihənin məqsədi gənclərdə nitq mədəniyyətini inkişaf etdirərək onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

Əsas qarşıya qoyulan vəzifələrə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Layihə mövcud pandemiya şəraitini nəzərə alaraq onlayn şəkildə "ZOOM" platforması üzərindən baş tutacaq. Layihə çərçivəsində hər birində 50 nəfər olmaqla 9 onlayn təlim sessiyası və bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Layihədə iştirak etmək istəyənlər “DVC” adlı facebook səhifəsi vasitəsilə xəbərdar ola və qoşula bilərlər.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir və cəmiyyətin maarifləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və natiqlik bacarıqlarının artırılması istiqamətində proqram, layihələr həyata keçirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR