Slimfit
  1. CƏMİYYƏT

Gəncləri intihara sürükləyən dəhşətli səbəblər

Gəncləri intihara sürükləyən dəhşətli səbəblər
Sakura

Gəncləri intihara sürükləyən dəhşətli səbəblər

Demək olar ki, hər gün mətbuatda intihar hadisələriylə bağlı xəbərlər oxuyuruq.

Maraqlıdır, intihar və intihara cəhd hallarının çox olmasının səbəbi nədir?

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, intihar və intihara cəhd hallarının artması cəmiyyətin getdikcə mürəkkəbləşməsi  və mənəvi dəyərlərin sıxışdırılması fonunda baş verir:

"Nəticədə maddi dəyərlər daha çox önə keçir. Bu vəziyyət təkcə Azərbaycan üçün xarakterik deyil. İntihar və intihara cəhdlər dünyada geniş yayılıb. Azərbaycanda intiharlar daha çox bölgələrdə müşahidə olunur. İntihar halları əsasən iradəsizlik, depressiyaya düşmək, işsizlik, qısqanclıq, sevgi, boşanmalar kimi səbəblər ucbatından baş verir.

Gənclər intihara daha çox meyllidir

İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Lakin ortayaşlı insanların da intiharı az deyil. İntihar edən şəxslərə təsir edən mühüm faktor ümidsizlikdir. Bu insanlar sabahdan qorxur və sabahın daha da təhlükəli olacağını düşünürlər. Problemləri həlletmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi var. Azyaşlılar arasında intihar hallarının artmasında kompüter oyunları və bəzi filmlərin rolu böyükdür. Yeniyetməlik yaşları intihar üçün ən riskli qrupdur.

Sosial media intiharların artmasına təsir edir

Mövcud vəziyyətdə intihar xəbərlərinin məzmunu bu neqativ halın artmasında təsirlidir. Təəssüf ki, insanları intihardan çəkindirən maarrifləndirmə işləri aparılmır. İntihar xəbərləri sosial mediada arzuolunan şəkildə təqdim edilmir. Çünki bu sahə üzrə media işçilərimizin təcrübəsi sıfır səviyyəsindədir. Eyni zamanda, QHT-lərin fəaliyəti qənaətbəxş deyil. Xəbər qısa, fotosuz, intihar üsulu bildirilmədən yayılmalıdır. Bir intihar olayının təkrar-təkrar xəbərlənməsi intihar riskli qruplar üçün neqativ təsir gücü daşıyır.

Bəzi insanlar “göstərişli intiharlara” əl atırlar

Bu insanlar daha çox diqqət cəlb etmək üçün bu yola əl atırlar. Elə insanlar var ki, səssiz-səmirsiz intihar edirlər. İntiharın göstərişli olub-olmaması şəxsi keyfiyyətlərlə bağlıdır. Yaddaşda qalmaq üçün belə bir üsul seçmək arzuolunan deyil.

İntiharın qarşısını almaq üçün sosial iş üzrə mütəxəssislər yetişdirilməlidir

Müxtəlif strukturlarda sosial iş üzrə xidmət qrupları yaradılmalıdır. Bu qruplar riskli ailələri müəyyənləşdirəcək, ailədəki gərginliklərə daha yumşaq şəkildə müdaxilələr edəcək. İnsanlarımızın maarifləndirilməsi sahəsində böyük boşluq var. Çalışmalıyıq ki, ölkədə mənəvi dəyərlər təzyiq altında olmasın, həlledici rol oynasın”.  

Qeyd edək ki, bu ilin statistik göstəricisi hələlik açıqlanmayıb. 2018-ci ilin birinci yarısında isə 310 ölümlə nəticələnən intihar və ya intihara cəhd hadisələri baş verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR