Slimfit
  1. İDMAN

Gənc güləşçilərdən ibarət Azərbaycan milli komandalarının dünya çempionatında iştirak edəcək heyəti bəlli olub

Gənc güləşçilərdən ibarət Azərbaycan milli komandalarının dünya çempionatında iştirak edəcək heyəti bəlli olub
Sakura

Gənc güləşçilərdən ibarət Azərbaycan milli komandalarının dünya çempionatında iştirak edəcək heyəti…

Slovakiyanın Trnava şəhərində keçiriləcək güləş üzrə gənclərin dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri müəyyənləşib. 

"Report" Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün start götürən mundialda əvvəlcə yunan-Roma güləşçiləri mübarizə aparır. 

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Zülfüqar Əliyev (55 kq), Elşad Məmmədov (60 kq), Kamran Mirzəliyev (63 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) sentyabrın 17-19-da çıxış edəcək.

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi ayın 19-dan 21-dək mübarizə aparacaq. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) Azərbaycanı təmsil edəcək.

Sentyabrın 21-dən 23-dək isə sərbəst güləşçilər qüvvələrini sınayacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin sərəncamında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Röyal Ağamalıyev (65 kq), Xacimurad Qadjiyev (70 kq), Abubakr Abakarov (74 kq), Orxan Abbasov (79 kq), Maqomed Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Orxan Həsənov (97 kq) və Rahid Həmidli (125 kq) yer alacaq. Qeyd edək ki, mundialda Azərbaycanı hakim Sədi Quliyev təmsil edəcək. Dünya çempionatına sentyabrın 23-də yekun vurulacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR