Slimfit
  1. CƏMİYYƏT

“Gəl bir olaq” multimedia platforması təqdim olundu

“Gəl bir olaq” multimedia platforması təqdim olundu
Sakura

“Gəl bir olaq” multimedia platforması təqdim olundu

Azərbaycanda media sahəsi üzrə təhsil alan tələbələr və gənc jurnalistlər üçün koronavirus böhranı zamanı professional bilikləri və ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək məqsədilə #GelBirOlaq (www.gelbirolaq.com) multimedia platforması istifadəyə verilib.

Ens.az “Report”un məlumatına istinadən xəbər verir ki, multimedia platforması jurnalistika və onunla əlaqəli digər ixtisaslarda təhsil alan tələbələr, gənc jurnalistlər, həmçinin, ingilis dilində məqalələr yaza bilən hər kəsə açıqdır.

Təşəbbüsə beynəlxalq multimedia mütəxəssisi və təlimçisi Dan Meyson rəhbərlik edir. Layihənin məqsədi problem və onun həllinə yönəlmiş məqalələr əsasında Azərbaycanda ingilis dilli jurnalistikanın inkişafına dəstək olmaqdır. “Medianın hazırkı böhranda həm faktları əks etdirməsində, həm də dövlət, vətəndaş və müxtəlif təşkilatların koronavirus problemini aradan qaldırmaq üçün birgə çalışdıqlarını göstərməkdə çox vacib rolu var” - deyə beynəlxalq media mütəxəssisi D.Meyson bildirib.

"Çətin bir dövrdən keçirik. Hər kəs öz sahəsi üzrə bacardığı dəstəyi göstərməyə çalışır. Azərbaycan dövləti bu istiqamətdə çox düzgün və operativ tədbirlər həyata keçirməkdədir. Biz - media nümayəndələrinin üzərinə də insanları informasiya ilə təmin etmək düşür” - deyə D.Mason əlavə edib.

O, mətbuat nümayəndələrini mövcud multimedia üsullarından daha çox istifadə etməyə, rəqəmsal dünyanın imkanlarından maksimum yararlanmağa səsləyib və bu platformanın hər kəsə üçün açıq olduğunu bildirib. "Bu tələbələr və gənc jurnalistlərin diqqətini pozitiv hekayələrə yönəltmək, ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək və peşəkar təcrübə qazanmaqları üçün bir fürsətdir” - deyə qeyd edib.

Qeyd edək ki, www.gelbirolaq.com vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar məlumatları vahid platforma üzərindən paylaşmaq və aparılan sosial kampaniyalara dəstək göstərilməsi də nəzərdə tutulub.

Təqdim olunan materiallar yazılı, video və ya audio formatda ola və bütün işlər mövcud qaydalara riayət etməklə evdən hazırlana bilər. Multimedia platformasında koronavirus şəraitində sosial çağırışlar, təhsil, səhiyyə, idman, əyləncə, qidalanma və s. istiqamətlərdə məlumatların yayımı planlaşdırılır.

Seçim turundan uğurla keçən məqalələr, qeyri-kommersiya məqsədli www.gelbirolaq.com platformasında Azərbaycan və ingilis dillərində yayımlanacaq. 

Layihənin həmtəsisçisi Ellada Mustafayeva isə qeyd edib ki, işıqlı gələcəyi düşünən, bir-birini dəstəkləyən, istənilən vəziyyətdə və şəraitdə özünü inkişaf etdirmək istəyən hər kəs bu layihəyə qoşula bilər: "Həqiqətən də biz birlikdə güclüyük. Məhz bu səbəbdən də gəlin bir olaq” - o deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR